...

Bundan sonrakı fəaliyyətimə film sektorunda davam edəcəm - Zabit Səmədov

Cəmiyyət Materials 27 Aprel 2023 16:24 (UTC +04:00)
Bundan sonrakı fəaliyyətimə film sektorunda davam edəcəm - Zabit Səmədov

Bakı. Trend:

Bundan sonrakı fəaliyyətimə film sektorunda davam edəcəm.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Azərbaycanın Qarışıq döyüş sənətləri (K-1) üzrə döyüşçüsü, 2018-ci il Avropa çempionu Zabit Səmədov deyib.

"Son illərdə mən döyüş sahəsindəki fəaliyyətlərimi biraz azaltmışam. Professionallığımın ən qızğın vaxtlarında ildə mənim 10-15 döyüşüm olub. 2015-ci ildən, etibarən, yaşımla əlaqədar olaraq il ərzində döyüşlərimin sayını 3-4-ə qədər endirdim. Həm də artıq yaşımın və karyeramın elə bir dövrü idi ki, özümü, maddi vəziyyətimi daha da yaxşılaşdırmağa yönəltdim. İştirak edəcəyim döyüşləri seçməyə və karyerama daha müsbət təsir edəcək rinqlərə çıxmağa başladım. Son zamanlarda daha sərfəli olduğu üçün "Axmed klub"un təşkilatçılığı ilə olan döyüşlərdə döyüşmüşəm",-deyə idmançı bildirib.

Zabit Səmədov vurğulayıb ki, idmandan sonra marağı aktyorluq peşəsinə yönəlib.

"Bir çox film setləri ilə maraqlanırdım. 2019-cu ildə Türkiyədə yayımlanan "Kuruluş Osman" serialından təklif aldım. Serialın çəkilməsi 2020-ci il pandemiya dövrünə təsadüf edib. Bir tərəfdən bu hadisə çox yaxşı oldu ki, pandemiya dövründə vaxtımı səmərəli keçirdim. Demək olar ki, hər gün film setində çəkilişlərdə olurdum",- deyə o qeyd edib.

Döyüşçümüz əlavə edib ki, son döyüşü 2022-ci ilin sentyabrında baş tutub. Bu döyüş karyerasında son olub, bundan sonrakı fəaliyyətinə isə film sektorunda davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti