...

Birinci rübdə 6,3 mindən çox şəxsə sosial və peşə-əmək reabilitasiyası göstərilib

Cəmiyyət Materials 29 Aprel 2023 11:31 (UTC +04:00)
Birinci rübdə 6,3 mindən çox şəxsə sosial və peşə-əmək reabilitasiyası göstərilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu ilin ilk rübündə 6 335 şəxs sosial və peşə-əmək reabilitasiyası xidməti ilə təmin olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan 2176 şəxsə Agentliyin sosial xidmət müəssisələrində xidmət göstərilib. Həmin şəxslərdən də əlilliyi olan 181 gənc Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində müxtəlif peşələr üzrə hazırlıq kurslarına cəlb olunub.

Son 3 ayda tənha ahıl və əlilliyi olan 4 159 şəxsə isə evlərində (səyyar) sosial-məişət xidməti göstərilib. Bu dövrdə 448 imtiyazlı şəxs Agentlik tərəfindən sanatoriya-kurort yollayışı ilə təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti