...

Parlamentdə televiziyalar bayağı verilişlərə görə tənqid olunub

Cəmiyyət Materials 2 May 2023 12:25 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Televiziyalar cəmiyyəti pozan verilişlər verirlər.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, televiziyalar milli mentalitetə uyğun olmayan verilişləri efirə buraxmamalıdır.

“Bu verilişlər milləti millət olmaqdan çıxarır. Hər şey millətin mədəniyyətinə uyğun olmalıdır, xalqın dövlətin, gələcəyini düşünməlidir. Aktyorlar, başqaları çıxırlar efirə, yarı azərbaycan, yarı rus dilində danışırlar. Onlara kim imkan verir ki, xalqa belə müraciət edirlər?! Bu məsələlərə diqqət artırılmalıdır”, - deyə o əlavə edib.

Milli Məclisin deputatı Siyavuş Novruzov isə deyib ki, 70 yaşında adamları efirə evləndirməyə dəvət edirlər.

"Azərbaycanın özünün milli-mənəvi dəyərləri var. Axı, televiziyada kim evlənir, boşanır?"
Ziyalılarımız bu məsələyə münasibət bildrisin. İctimaiyyətə müraciət etsinlər ki, sənə nəvən, nəticən baxır. Onlar sizdən nə tərbiyə götürəcək? Bizim bu cür dövlətimiz olmayıb. Bizim dövlətimiz əxlaq, mənəviyyat üzərində qurulub. Bunu hara aprırsız? 5 manat pul qazanırsız, Allah qəbul eləsin. Amma millətin tərbiyəsini pozmayın”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti