...

"Bakı Marafonu 2023"ün qalibləri mükafatlandırıldı

Cəmiyyət Materials 7 May 2023 15:31 (UTC +04:00)
"Bakı Marafonu 2023"ün qalibləri mükafatlandırıldı

Bakı. Trend:

Bazar günü Bakıda “Bakı Marafonu 2023”ün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend xəbər verir ki, kişilər arsında ukraynalı Boqdan Simonoviç finişə birinci çatıb. Gürcüstanlı David Karataşvili ikinci, türkiyəli Arkan Çoban 3-cü yeri tutub.

Qadınlar arasında ukraynalı Natalya Simonoviç hamını qabaqlayıb. Türkiyəli Hasibe Demir 2-ci, digər Ukrayna təmsilçisi Valentina Poltavska 3-cü olub.

Eyni zamanda, sağlamlıq imkanları məhdud iştirakçıların da mükafatlandırılması olub.

Kişi və qadın kateqoriyalarında 1-ci yeri tutan qaliblərə 3000 manat, 2-ci yerə 2000 manat, 3-cü yerə 1000 manat pul mükafatı, həmçinin medal, sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə 6-ci dəfə Bakı marafonu keçirilib.

“Bakı Marafonu 2023”də 19500 nəfər iştirakçı qeydiyyatdan keçib.

2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

“Küləyə qalib gəl” şüarı altında keçən yarımarafon 21 kilometr məsafəni əhatə edib.

Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti