Bakı. Trend:
Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, Gədəbəydə dolu düşüb.
Düşən yağıntının miqdarı: Şəkidə 11.0 mm, Gədəbəydə 5.0 mm,
Qaxda 4.0 mm, Mingəçevir, Daşkəsən, Göygöl, Yevlax, Maştağa,
Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Tovuz, Ağdam, Oğuz, Zaqatala,
Quba, Qusar, Xaltan, Şahdağ, Tərtərdə 1.0-3.0 mm olub.
Dolu: Mayın 08-də Gədəbəy rayonunda 17:35-17:43 radələrində
diametri 8 mm olan, rayonun Söyüdlü, Pirbulaq-Ərtəpə kəndlərinə
dolu düşüb.
Külək: Şimal-qərb küləyi arabir Şahdağda 20 m/s, Naftalanda 18 m/s,
Ceyrançöl, Mingəçevir, Şərurda 16 m/s, Bakıda və Abşeron
yarımadasında 18 m/s-dək güclənib, Neft Daşları stansiyasının
məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.
Havanın temperaturu: Mayın 08-də iqlim norması daxilində olub,
havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-23°
isti, Naxçıvanda 25-29° isti, dağlıq rayonlarda 15-20° isti, aran
rayonlarında 25-29° isti olub.