...

Qarabağ və Şərqi Zəngəzurda "ASAN xidmət" mərkəzləri inşa olunacaq

Cəmiyyət Materials 10 May 2023 13:34 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurda "ASAN xidmət" mərkəzləri inşa olunacaq
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonlarında "ASAN xidmət" mərkəzləri inşa olunacaq.

Trend xəbər verir ki, bunu bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə deyib.

Onun sözlərinə görə, mərkəzlər işğaldan azad olunmuş ərazilər bərpa olunduqca inşa ediləcək.

"Bildiyiniz kimi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində şəhər və kəndlərin, həmçinin mədəni irs obyektlərinin bərpası üzrə işlər davam etdirilir. Bu ərazilərdə şəhər və kəndlər bərpa olunduqca həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonlarında "ASAN xidmət" mərkəzləri inşa ediləcək", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti