...

Ötən ay ərzində AzMİU-nun Abituriyent Məsləhət Mərkəzinə 276 müraciət daxil olub (FOTO)

Cəmiyyət Materials 11 May 2023 12:51 (UTC +04:00)
Ötən ay ərzində AzMİU-nun Abituriyent Məsləhət Mərkəzinə 276 müraciət daxil olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Abituriyent Məsləhət Mərkəzinə aprel ayı ərzində ümumilikdə 276 müraciət daxil olub.

Bu barədə Mərkəzin əməkdaşı Aynurə Bayramova məlumat verib: "Dövlət İmtahan Mərkəzi tərəfindən 4 – 25 aprel tarixlərində orta ixtisas təhsil müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında ərizə qəbulu və 15 aprel – 5 may tarixlərində isə I-IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlərin qeydiyyatı aparılıb. Bu müddətdə AzMİU-nun Abituriyent Mərkəzinə müraciət sayında artım müşahidə olunub".

Mərkəz əməkdaşı qeyd edib ki, daxil olan müraciətlərin 190-nı telefonla cavablandırılıb, 70 nəfərin ərizəsi təsdiq edilib, 14 nəfərin müraciəti isə sənəd qəbulu komissiyasına yönləndirilib. Bundan əlavə, 2 nəfərin doktorantura səviyyəsinə qeydiyyatı aparılıb.

Aynurə Bayramova əlavə edib ki, il boyu onlara müraciət edənlər arasında ali məktəblərə və 9 illik bazada orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərlə yanaşı, valideynlər və subbakalavrlar da olub: "Abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında texniki dəstək və məsləhət xidməti göstərilib. Magistratura və doktorantura pillələrinə də sənəd qəbulu zamanı elektron ərizələrin doldurulması prosesi həyata keçirilib".

Qeyd edək ki, Abituriyent Məsləhət Mərkəzi ödənişsiz əsaslarla fəaliyyət göstərir. Mərkəz Dövlət İmtahan Mərkəzi ilə AzMİU arasında əldə olunmuş razılığa əsasən yaradılıb. Həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərən müraciətlərə interaktiv baxılır.

Ünvan: Bakı şəhəri, Ayna Sultanova 11

E-mail: [email protected]

Tel.: 012538946

Günel Həsənova

Məqalədə:
Xəbər lenti

Xəbər lenti