...

Göygöldə sel adamları belə apardı (VİDEO)

Cəmiyyət Materials 26 May 2023 09:38 (UTC +04:00)
Göygöldə sel adamları belə apardı (VİDEO)

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Göygöl rayonunda sel iki nəfəri aparıb.

Trend xəbər verir ki, sel axınına düşərək həlak olan şəxslərin videogörüntüləri yayılıb.

Qeyd edək ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Trend-ə bildirib ki, 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanov Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşüb.

Səhər saatlarında Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində hər 2 şəxsin meyitinin tapılması barədə Gəncə Şəhər Baş Polis İdarəsinə və Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək hər iki şəxsin meyitini çıxarıb müvafiq ekspertizaya təqdim ediblər. Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti