...

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri dəyişdirilib

Siyasət Materials 30 May 2023 11:40 (UTC +04:00)
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri dəyişdirilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin bir neçə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərləri dəyişdirilib.

Trend-in məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Azərbaycan-Luxsenburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şahin İsmayılov, Azərbaycan-Tayland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov seçilib.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti