Bakı. Trend:
Azərbaycanda kosmik sahədə dövlət tənzimləməsi qaydaları müəyyən edilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” haqqında yeni qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasında kosmik
fəaliyyətin tənzimlənməsi aşağıdakı istiqamətlərdə həyata
keçirilir:
- kosmik fəaliyyət üçün nəzərdə tutulan malların (işlərin,
xidmətlərin), onlarla əlaqəli proseslərin və istehsal metodlarının
sertifikatlaşdırılması;
- kosmik obyektlərin dövlət qeydiyyatı;
- orbital mövqelərin əldə edilməsi və qorunması;
- kosmik fəaliyyətin tənzimlənməsinin bu Qanundan irəli gələn digər
istiqamətləri.
- Milli kosmik operatora öz fəaliyyət istiqamətləri üzrə müvafiq
işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş
lisenziya və icazələrin alınması tələb olunmur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.