...

Azərbaycanda kosmik tədqiqatlar fakültəsinin açılması təklif edilib

Cəmiyyət Materials 30 May 2023 12:47 (UTC +04:00)
Azərbaycanda kosmik tədqiqatlar fakültəsinin açılması təklif edilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin birində kosmik tədqiqatlar fakültəsinin açılması təklif edilib.

Trend-in məlumatına görə, bunu deputat Aydın Mirzəzadə Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, fiziklərin, informasiya texnologiyaları və ya beynəlxalq hüquq mütəxəssislərinin “Azərkosmos”a işə qəbulu düzgün deyil.

“Mütləq bu sahə üzrə güclü mütəxəssislərin hazırlanmasına başlanılmalıdır. Ola bilsin ki, bu, bahalı layihədir, Azərbaycan kimi kiçik ölkə bu sahədə mütəxəssisin hazırlanması layihəsini yerinə yetirə bilməsin. Heç olmasa dövlət hesabına xarici aparıcı universitetlərdə bu sahə üzrə azərbaycanlı mütəxəssislərin hazırlanmasını təklif edirəm”, - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti