...

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Cəmiyyət Materials 14 İyun 2023 15:30 (UTC +04:00)
Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakı. Trend:

Bu il Azərbaycanda iki əlamətdar tarix - Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Ulu Öndərin hakimiyyətə qayıdışının 30 illiyi qeyd edilir. Bu münasibətlə 15 iyun – Milli Qurtuluş Günündə Heydər Əliyev Mərkəzinin parkında konsert proqramı təqdim ediləcək.

Trend xəbər verir ki, konsertə popular müğənnilər və kollektivlər dəvət olunub. Azərbaycanın tanınmış estrada ulduzlarının, sevilən muğam və milli mahnılarımızın ifaçılarının iştirak edəcəkləri konsert proqramı saat 20:00-da başlayacaq.

Həmin gün Heydər Əliyev Mərkəzinin parkına gələn hər bir kəs möhtəşəm qala-gecənin iştirakçısına çevriləcək, bir çoxlarımızın əzbər bildiyi mahnıları ifaçılarla birlikdə ifa edib, bu bayram gününü yüksək əhval-ruhiyyə ilə keçirmək imkanı qazanacaq.

Konsertdə Abbas Bağırov, Ağadadaş Ağayev, Alim Qasımov, Aybəniz Haşımova və "Bülbüllər" qrupu, Aygün Bəylər, Aygün Kazımova, Azər Zeynalov, Bilal Əliyev, Eldar Qasımov, Emin, Faiq Ağayev, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Xəyyam Nisanov, İlhamə Qasımova, İlqar Muradov, Lalə Məmmədova, Manana, Miri Yusif, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri və Azərbaycan Dövlət Xor Kapellası, Mübariz Tağıyev, Natavan Həbibi, “Natiq” ritm qrupu, Nərmin Kərimbəyova, Nigar Camal, Nurlan Növrəsli, Röya, Samirə Əli Məryəm, Sevda Ələkbərzadə, Şəmistan Əlizamanlı, Tünzalə Ağayeva, Vüqar Əbdülov, " Zəfər" xoru, Zülfiyyə Xanbabayeva çıxış edəcəklər.

Konsertə giriş sərbəst olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti