Bakı. Trend:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev xaricdə yaşayan azərbaycanlı həkimlərə çağırış edib.
Trend-in "Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu"nun açılış mərasimində çıxış edən Z.Əliyev tədbirdə iştirak edən dünyadakı azərbaycanlı həkimləri Azərbaycanda işləməyə dəvət edib.
“Artıq Azərbaycan çox inkişaf edib. Bizim insan katipatlına ehtiyacımız var. Sizləri Azərbaycanda birgünlük yox, gələcəkdə daimi gösmək istərdik”, - deyə o qeyd edib.