...

Paytaxt avtobuslarında bank kartları ilə ödəniş mümkün olacaq

Cəmiyyət Materials 20 İyun 2023 11:23 (UTC +04:00)
Paytaxt avtobuslarında bank kartları ilə ödəniş mümkün olacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda avtobuslarda bank kartları vasitəsilə ödəniş etmək mümkün olacaq.

Trend xəbər verir ki, bunu bu gün "K Group" MMC-nin ("BakiKart"ın operatoru) direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır.

"Bu ilin sonuna kimi "BakıKart"ın aktiv olduğu marşrutlarda bu funksiya aktiv fəaliyyət göstərəcək", deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti