...

Antibiotiklərin reseptlə verilməsi təklif olunur

Cəmiyyət Materials 20 İyun 2023 12:45 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisdə antibiotiklərin reseptlə verilməsi məsələsi təklif olunub.

Trend-in məlumatına görə, bu barədə “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsində deputat Kamilə Əliyeva bildirib.

O qeyd edib ki, ölkədə antibiotiklər reseptsiz buraxılır.

“Onların reklamı mətbuatda gedir, bu da ciddi problemlərə səbəb olur. Ona görə də antibiotiklər reseptlə verilməlidir. Bu barədə dünya ölkələrində də təcrübələr var”, - deyə o əlavə edib.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da bildirib ki, antibiotiklərin apteklərdə satılmasına ciddi nəzarət olunmalıdır.

“Bu məsələyə ciddi nəzarət olunmalıdır. Antibiotiklərin reseptsiz satılması ən təhlükəli ağırlaşmalara səbəb ola bilər”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti