...

Bu tarixdə Naxçıvan Dövlət Vergi Xidmətinə qəbul imtahanı keçiriləcək

Cəmiyyət Materials 13 İyul 2023 18:49 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 9-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək.

DİM-dənTrend-ə verilən məlumata görə, test imtahanının Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur. Namizədlər imtahana qeydiyyat səhifəsində istədikləri imtahan yerini (şəhərini) seçə bilərlər.

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən sənəd qəbulu aparılmış namizədlər avqustun 25-dək linkdən istifadə etməklə imtahanda iştirak etmək üçün lazım olan məbləği ödəyərək qeydiyyatdan keçə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti