...

Reseptlər yeni qaydada yazılacaq

Cəmiyyət Materials 14 İyul 2023 11:58 (UTC +04:00)
Reseptlər yeni qaydada yazılacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Reseptdə dərman vasitələrinin ticarət adının deyil, tərkibinin yazılması tələbi müəyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dərman vasitələri haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının (təsiredici maddənin adının) olmadığı hallarda (üç və daha artıq tərkibli, bioloji oxşar dərman vasitələri qrupuna aid olduqda) reseptdə latın əlifbasında əmtəə nişanı adı yazılır.

Reseptdə dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı) ingilis dilində, təsiredici maddənin dozası, dərman vasitəsinin farmasevtik forması və dərman vasitəsinin istifadə qaydaları isə Azərbaycan dilində yazılır.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

Qeyd edək ki, bu gün Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçirilir. İclasın gündəliyinə 19 məsələ daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti