...

Generalın yerinə Babək Ələkbərov təyin olundu

Cəmiyyət Materials 21 İyul 2023 11:56 (UTC +04:00)
Generalın yerinə Babək Ələkbərov təyin olundu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərov yüksək vəzifəyə təyin edilib.

Trend-in əldə etdiyi məlumata görə, 34 yaşlı polkovnik Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı təyin olunub.

O, bu vəzifədə DSX rəisi general-polkovnik Elçin Quliyevin şəxsi heyətlə iş üzrə rəis müavini təyin edilmiş general-leytenant Rəsul Tağıyevi əvəzləyib.

Qeyd edək ki, B.Ələkbərov Vətən müharibəsində şücaət göstərən hərbçilərdən biri olub. O, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandan İlham Əliyevə məruzə edib. Müharibədən sonra Prezidentin sərəncamı ilə Babək Ələkbərova Vətən Müharibəsi Qəhrəmanı adı verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti