...

FHN Şəkidə faciəli ölümlə bağlı məlumat yaydı

Cəmiyyət Materials 27 İyul 2023 15:48 (UTC +04:00)
FHN Şəkidə faciəli ölümlə bağlı məlumat yaydı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Şəki şəhərində cərəyan vurması nəticəsində ölən bir nəfərin meyiti ağacda qalıb.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit ağacdan düşürülərək aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti