Bakı.Trend:
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Cəlilabad rayon İcra Hakimiyyətində əməliyyat keçirir.
Trend-in əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində Cəlilabad Şəhər Bələdiyyəsinin sədri və rayonun baş memarı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Baş Prokurorluqdan bildirilib ki, əlavə məlumat veriləcək.