...

Ağsuda su anbarında bir nəfər batıb

Cəmiyyət Materials 2 Avqust 2023 09:44 (UTC +04:00)
Ağsuda su anbarında bir nəfər batıb

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağsu rayonunda “Cavanşir” su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti