Bakı. Trend:
Autizmli və digər fərqlilikləri olan uşaqlara diqqət çəkmək,
onların inkişafına dəstək olmaq məqsədilə Yelo Bank xüsusi tədbir
təşkil edib. Əvvəlcə uşaqlar Bankın baş ofisindəki iş mühiti və
kollektivlə tanış oldular. Bundan əlavə qonaqlara özlərini tanıtmaq
və istedadlarını bölüşmək üçün imkan yaradıldı. Sonra isə uşaqlar
ingilis dilli danışıq klubunda iştirak etdilər və fərqli ölkələrin
mədəniyyətləri haqda video təqdimat izlədilər. Tədbir sosiallaşmaq
üçün müxtəlif interaktiv oyunların təşkili ilə yekunlaşıb. İştirak
edən qonaqlara və tərəfdaşlara Bank tərəfindən hədiyyələr təqdim
olundu.
Qeyd edək ki, bu tədbir “Uşaqlarımıza öyrədək” maarifləndirici
cəmiyyəti və “Ümid var” yaradıcılıq mərkəzi ilə birgə təşkil
olunub. Korporativ Sosial Məsuliyyət strategiyasına sadiq qalan
Yelo Bank daha öncə də autizm spektrlı və digər fərqlilikləri olan
uşaqları diqqət mərkəzində saxlayaraq, onlar üçün müxtəlif
layihələrə imza atıb. Bank bundan sonra da daha inklüziv və
bərabərimkanlı həyat üçün təşəbbüskarlığını davam etdirəcək.
Onlayn
kredit sifarişi haqqında əlavə sualınız var? O zaman 981
nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!