...

Yasamalda içməli suyun verilişində məhdudiyyət yaranıb

Cəmiyyət Materials 12 Avqust 2023 09:01 (UTC +04:00)
Yasamalda içməli suyun verilişində məhdudiyyət yaranıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Yasamal rayonunda içməli suyun verilişində məhdudiyyət yaranıb.

Trend xəbər verir ki, bu barədə "Azərsu" məlumat yayıb.

Bildirilib ki, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Yasamal rayonu Beşmərtəbə adlanan əraziyə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

Qeyd edilib ki, hazırda qəzanın aradan qaldırılması işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti