...

Diplomatik korpus üzvləri Ağdam-Xankəndi yolunda olublar (FOTO)

Cəmiyyət Materials 16 Avqust 2023 12:30 (UTC +04:00)
Diplomatik korpus üzvləri Ağdam-Xankəndi yolunda olublar (FOTO)

Ağdam. Trend:

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri başlayıb.

Trend xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrinə avtomobil yolu və Ağdam-Bərdə dəmir yol xətti haqqında məlumat verilib.

Daha sonra qonaqlar Ağdam-Xankəndi yolunda olublar. Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazi göstərilib.

Bildirilib ki, yollar humanitar məqsədlər üçün açıqdır. Həmin yol Qarabağın Dağlıq və Aran hissəsini birləşdirən yoldur. Lakin təəssüflər olsun ki, ermənilər hələ də bu yolun açılamasına maneələr törədir.

Qeyd edək ki, akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələr bu gün Ağdam-Xankəndi avtomobil yolu ilə yanaşı, həmçinin Bərdə-Ağdam dəmir yolu və Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti