...

Lənkəran və Ağstafada qanunsuz qum, əhəng daşıyanlar cərimələndi

Cəmiyyət Materials 18 Avqust 2023 09:45 (UTC +04:00)
Lənkəran və Ağstafada qanunsuz qum, əhəng daşıyanlar cərimələndi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran rayonunun Liman şəhərində qanunsuz qum, Ağstafa rayonunun Tatlı kəndində isə “Kamaz” markalı 60-BZ-0789 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə əhəng daşınması faktları aşkar olunub.

Trend xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı təqsirkar şəxslər Ramil Seyfullayev və Kənan Mustafayev barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti