...

Samux və Siyəzəndə yanğın oldu

Cəmiyyət Materials 21 Avqust 2023 15:00 (UTC +04:00)
Samux və Siyəzəndə yanğın oldu

Bakı. Trend:

Samux və Siyəzəndə yanğın olub.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Samux şəhərində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları 45 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Siyəzən rayonunun Siyəzən kəndində isə həyətyanı sahədə fəaliyyət göstərməyən ümumi sahəsi 800 m² olan sexin yanar konstruksiyaları 600 m² sahədə yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı digər sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti