...

Azərbaycanda binaların zəlzələyə davam gətirməsi üçün yenilik tətbiq ediləcək - Onlar nələrdir?

Cəmiyyət Materials 22 Avqust 2023 17:14 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Türkiyə arasında ölkəmizdə Elektron Beton Monitorinq Sisteminin (EBIS) yaradılması üçün əməkdaşlıq protokolu imzalanıb. Bu sistem Türkiyədəki zəlzələlərdən sonra əldə edilmiş təcrübələrlə texnoloji inkişafı uyğunlaşdırmaq, mümkün problemləri bəri başdan aradan qaldırmaq, daha effektiv və səmərəli yoxlamanı təmin etmək məqsədi ilə yaradılıb.

Məsələ ilə bağlı əmlak üzrə ekspert Ramil Qasımzadə Trend-ə bildirib ki, bu protokolun imzalanması müsbət addımdır.

"Bundan əvvəl də ölkəmizdə betonun keyfiyyətini yoxlamaq üçün müvafiq qurumlar tərəfindən iş aparılırdı. Davamlı olaraq monitorinqlər həyata keçirilirdi. Hər bir Mənzil Tikinti Kooperativi (MTK) və Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC) bina tikməzdən əvvəl Fövqəladə Hallar Nazirliyini məlumatlandırır və nazirliyin tərkibində bu işə cavabdeh olanlar betonun tərkibində nümunələr götürüb onun yoxlamasını müxtəlif vasitələrlə həyata keçirir", - deyə ekspert vurğulayıb.

R.Qasımzadə qeyd edib ki, Türkiyəli mütəxəssislərinin bu sahədə mütəxəssislərimizdən öyrənməli olduğu çox işlər var.

"Çünki Türkiyədə baş verən zəlzələ zamanı oradakı binaların dözümsüz və keyfiyyətsiz olduğunu gördük. Azərbaycanda Türkiyədən fərqli olaraq binalar zəlzələyə daha davamlılığı, istifadə olunan materialların keyfiyyətinə nəzarət daha güclüdür. Bu işin elektronlaşması vacib idi. Gələcəkdə bunun müsbət nəticlərini görəcəyik",- deyə o, əlavə edib.

Qeyd edək ki, Türkiyədə bu sistem 2018-ci ildən tətbiq olunur. Bu il avqustun 14-nə qədər ölkə daxilində 381 376 binadan 30 388 676 çip beton nümunəsi götürülüb və 99,45 % uğurlu nəticə əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti