...

İndi çox böyük sevinclə kəndimizə qayıdırıq - Zabux kəndinin sakini

Cəmiyyət Materials 25 Avqust 2023 07:34 (UTC +04:00)
İndi çox böyük sevinclə kəndimizə qayıdırıq - Zabux kəndinin sakini
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Zabuxdan çıxanda 51 yaşım var idi, indi 82 yaşında geri dönürəm. Sevincimizin həddi-hüdudu yoxdur.

Bunu Trend-ə Laçının Zabux kəndinə geri dönən kənd sakini Elbrus Əsədov deyib.

O qeyd edib ki, kəndimiz bərpa olunub, hər cür şərait yaradılıb. “İndi çox böyük sevinclə kəndimizə qayıdırıq, orada gözəl günlər yaşayacağıq. 30 il öz doğma torpağımıza qayıdacağımızı gözləmişik. Şükür olsun ki, bu gün bizə qismət oldu. Allah Prezidentimiz İlham Əliyevin canın sağ etsin, şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin”, - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Laçının Zabux kəndinə ilk köç başlayıb. ilk mərhələdə 88 nəfərdən ibarət 20 ailə Zabuxa köçürülür. Ailə tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzillə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti