...

Bakıdan erməniəsilli şəxslərə ərzaq yükü aparan karvan 4 gündür Ağdam-Xankəndi yolunda gözləyir (FOTO)

Cəmiyyət Materials 1 Sentyabr 2023 09:19 (UTC +04:00)
Bakıdan erməniəsilli şəxslərə ərzaq yükü aparan karvan 4 gündür Ağdam-Xankəndi yolunda gözləyir (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Bakıdan erməniəsilli şəxslərə ərzaq yükü aparan karvan artıq 4-cü gündür ki, Ağdam-Xankəndi yolunda gözləyir.

Trend Qarabağ bürosunun məlumatına görə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan içərisində ərzaq yükləri olan karvan artıq 4-cü gündür ki, Ağdam-Xankəndi yolundadır.

İçərisində 40 ton un olan iki TIR avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. Əsas məqsədləri Qarabağda yaşayan erməniəsilli vətəndaşlara yardım göstərmək olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyib.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Ərzaq dolu yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti