...

Geomaqnit qasırğası gözlənilir

Cəmiyyət Materials 4 Sentyabr 2023 12:23 (UTC +04:00)

Bakı. Trend:

Geomaqnit sahəsinin tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər selinin təsiri ilə 6 sentyabra kimi qeyri-sabit və aktiv səviyyələrdə olacağı gözlənilir.

Bu barədə Trend-ə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Qeyd olunub ki, əgər Yerə istiqamətlənmiş Tac Kütlə Atılmasının (TKA) da təsiri əlavə olunarsa, yenidən geomaqnit qasırğasının baş vermə ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti