...

Xudatda əməliyyat - 5 nəfər tutuldu (VİDEO)

Cəmiyyət Materials 5 Sentyabr 2023 11:22 (UTC +04:00)
Xudatda əməliyyat - 5 nəfər tutuldu (VİDEO)

Bakı. Trend:

Xudatda əməliyyatlar zamanı 5 nəfər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin əldə edilməsi, daşınması, dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə 5 nəfər saxlanılıb:

"Onlar rayon sakinləri Natiq Eyvazov, Xatinə Səfərəliyeva, Samir Mirzəyev, Vasif Əlimirzəyev və Quba rayon sakini Rahib Ramazanovdur.

Həmin şəxslərin üzərlərinə və yaşdıqları evlərə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb".

Qeyd edilib ki, bütün faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə iki nəfər barəsində həbs-qətimkan tədbiri, digər üç nəfər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti