...

Qlobal olaraq iqtisadi inkişafda ləngimə olduğunu görürük - Hüseyn Hüseynov

Cəmiyyət Materials 7 Sentyabr 2023 13:15 (UTC +04:00)
Qlobal olaraq iqtisadi inkişafda ləngimə olduğunu görürük - Hüseyn Hüseynov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumilikdə dünyada 1,5 milyard insan ifrat yoxsulluq dərəcəsində yaşayır. Onlar həm sosial, həm səhiyyə, həm təhsil xidmətlərinə çıxışda müəyyən məhdudiyyətlərlə qarşılaşırlar.

Trend xəbər verir ki, bunu Dayanıqlı inkişaf üzrə milli əlaqələndirmə şurasının katibi Hüseyn Hüseynov “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans çərçivəsinsə keçirilən paneldə deyib.

“Pandemiyadan əvvəlki dövrdə 2023-cü ildə qlobal ÜDM-nin 5 faiz artacağı proqnozlaşdırılırdısa, pandemiya və geosiyasi dəyişikliklər bu proqnozları aşağı saldı. Bu böyümə indi cəmi 2,8 faiz səviyyəsində proqnozlaşdırılır", - deyə o əlavə edib.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti