Bakı. Trend:
İsmayıllı rayonuna yağan güclü leysandan sonra Göyçay çayına güclü sel gəlib.
Trend xəbər verir ki, çaydan keçən suyun səviyyəsi günorta saatlarından başlayaraq xeyli artıb.
Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən hissəsindəki avtomobil körpüsü işlək olsa da, yol polisi və post patrul xidmətinin əməkdaşları ərazidə xidmət aparır. Ağır tonnajlı yük avtomobillərinin körpü üzərindən keçidinə müvəqqəti məhdudiyyət qoyulub.
Xatırladaq ki, 2018-ci ildə Göyçay çayına gələn güclü sel zamanı bu körpü dağılmışdı, kəndlərin Göyçay şəhəri ilə əlaqəsi kəsilmişdi. Həmin körpüdə bir ay ərzində aparılan təmir-bərpa işləri zamanı sürücülər alternativ olaraq Göyçay-Ucar-Göyçay yolundan istifadə etmişdilər.