Bakı. Trend:
Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi sentyabr ayının 15-i tarixinə nəzərdə tutulub.
Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Xatırladaq ki, sentyabrn 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib.