...

Bu ölkədən idxal olunan heyvandarlıq məhsullarına məhdudiyyət qoyuldu

Cəmiyyət Materials 25 Sentyabr 2023 20:24 (UTC +04:00)
Bu ölkədən idxal olunan heyvandarlıq məhsullarına məhdudiyyət qoyuldu

Bakı. Trend:

Bolqarıstan Respublikasının Burqas vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması məqsədilə, Bolqarıstanın Burqas vilayətində zonalaşma prinsipi nəzərə alınmaqla 10 kilometr radiusdakı məsafədə yerləşən müəssisələrdəki diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən, genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Xəbər lenti

Xəbər lenti