...

Komitə sədri AZAL-ın fəaliyyətindən danışdı

Cəmiyyət Materials 26 Sentyabr 2023 13:59 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Aeroportu ilə AZAL-dan başqa 13 avia şirkət uçuşlar həyata keçirir. Bakı Aeroportundan sərnişinlərin 40 %-i onlar vasitəsilə daşınır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmələr zamanı deyib.

O qeyd edib ki, məsələn, İstanbul Hava Limanından sərnişin daşınmanın 80 %-I Türk Hava Yollarına məxsusdur.

“Bu inhisardır, hökmran mövqedir. Amma Türkiyə dövlətinin maraqlarına ziddirmi? Hər halda zidd olmadığı üçün yəqin ki, bu mövqeyi saxlayıblar”, - deyə T.Mirkişili əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti