Bakı. Trend:
Şuşa erməni işğalına məruz qalmışdı, tarixi abidələr dağıdılmışdı.
İşğaldan azad edildikdən sonra biz Şuşada sürətli və məhsuıdar
bərpa işlərinı başladıq.
Trend-in məlumatına görə, bunu
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi
nümayəndəsi Aydın Kərimov II Azərbaycan Milli Şəhərsalma Forumunda
çıxışı zaman deyib.
O qeyd edib ki, Şuşada hündürmərtəbəli binalar tikilməsi nəzərdə
turulmur.
“Biz Şuşada tarixi binaları və fərdi evləri bərpa edəcəyik. Şuşada 200-ə qədər tarixi və mədəni abidələr mövcuddur. Onların bir hissəsi ermənilər tərəfindən dağıdılıb. İndiyə qədər 15 tarixi abidə bərpa edilib və dörd abidənin bərpası istiqamətində işlər apaılır”, - deyə o, bildirib.
Aydın Kərimovun sözlərinə, Şuşa şəhərinin böyük hissəsi tarixi əhəmiyyətlidir.
"Bu baxımdan Şuşada tikinti ilə bağlı məhdudiyyətlər var. Şuşa şəhərinin ərazisi 500 hektara bərabərdir və Şuşanın hər bir kvadrat metri bizim üçün vacib əhəmiyyətə malikdir", - deyə o, əlavə edib.