...

Xudatda narkotik satan dəstə üzvləri saxlanıldı

Cəmiyyət Materials 3 Oktyabr 2023 10:59 (UTC +04:00)
Xudatda narkotik satan dəstə üzvləri saxlanıldı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xudatda narkotik satan dəstə üzvləri saxlanılıblar.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan rayon sakinləri Rəvan Seyidov, Sevcan Zayumova və Humay Məmmədova saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə və yaşdıqları evlərə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rəvan Seyidovun barəsində həbs, daha iki qadından birinin barəsində ev dustaqlığı, digəri barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti