...

Yeni “Poz-Qazan” oyunu “Dan Ulduzu” satışa çıxdı

Cəmiyyət Materials 5 Oktyabr 2023 11:11 (UTC +04:00)
Yeni “Poz-Qazan” oyunu “Dan Ulduzu” satışa çıxdı
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC lotereya həvəskarlarının sevincinə səbəb olacaq daha bir “Poz-Qazan” oyunu - “Dan ulduzu”nu təqdim edir.

Bir biletdə iki oyun təqdim edən “Dan Ulduzu”nda qazanmaq üçün 15 şans var.

Qiyməti 5 manat olan “Dan Ulduzu”nda ən böyük uduş məbləği 100 000 manatdır. Bu məbləğdə uduş olan biletlərin sayı isə 4 ədəddir. “Dan Ulduzu” 6 biletdə 10 000 manat, 500 biletdə isə 1000 manat, eləcə də milyonlarla digər müxtəlif məbləğli pul uduşları qazanmaq fürsəti verir.

Bundan əlavə, “Azərlotereya”nın digər “Poz-Qazan ”biletlərində 200 000, 100 000, 75 000, 50 000 və 25 000 manatlıq böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir.

Ani lotereya biletlərini lotereya satış nöqtələri, “Misli” məntəqələri və “Azərpoçt” şöbələrindən əldə etmək mümkündür.

Qeyd edək ki, “Azərlotereya”nın təşkil etdiyi ani lotereyalar dünyanın aparıcı şans oyunları şirkəti olan “Scientific Games” ilə əməkdaşlıq çərçivəsində hazırlanır. Hər bir ani lotereya biletinin arxasında bilet və uduşların sayı əks olunur. Şans oyunları ilə əlaqədar daha ətraflı azerlotereya.com/az rəsmi internet səhifəsindən məlumat əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti