...

Oktyabrın pensiya ödənişi yekunlaşdı

Cəmiyyət Materials 13 Oktyabr 2023 19:18 (UTC +04:00)
Oktyabrın pensiya ödənişi yekunlaşdı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə oktyabr ayının pensiya ödənişini yekunlaşdırıb.

Nazirlikdən Trend-ə verilən xəbərə görə, oktyabrın 6-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin oktyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti