...

Cəbrayılın Horovlu kəndi belə olacaq (VİDEO)

Cəmiyyət Materials 19 Oktyabr 2023 10:37 (UTC +04:00)
Cəbrayılın Horovlu kəndi belə olacaq (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilən Cəbrayıl rayonunun Horovlu kəndinin gələcəkdə necə olacağını nümayiş etdirən videoçarx yayımlanıb.

Trend xəbər verir ki, videoda işğal illərində kəndin dağıntıları əks olunur, eləcə də tamamilə yenidən qurulacaq kəndin yeni siması göstərilir.

Xatırladaq ki, Cəbrayıl rayonunun Horovlu kəndinin təməli bu il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Birinci mərhələdə bu kənddə 1395 nəfərin köçürülməsi üçün 334 fərdi evin tikintisi planlaşdırılıb.

Həmçinin, işğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kəndində kəhrizlərin bərpası istiqamətində işlərə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti