...

Qudyalçayın üzərində müvəqqəti yeni alternativ yol salındı (FOTO/VİDEO)

Cəmiyyət Materials 24 Oktyabr 2023 16:16 (UTC +04:00)
Qudyalçayın üzərində müvəqqəti yeni alternativ yol salındı (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qudyalçay üzərində dağılmış avtomobil körpüsünün yerində yenisi inşa edilənə qədər ərazidə yeni alternativ yol çəkilərək istifadəyə verilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, 200 metr uzunluğa malik sözügedən müvəqqəti yol körpüdən təxminən 50 metr qərb istiqamətdə inşa olunub.

Buna kimi sürücülər müvəqqəti alternativ yol kimi Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən yoldan istifadə edirdilər.

Xatırladaq ki, intensiv yağıntıların nəticəsində yaranmış güclü sel sularının uçurduğu Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində dağılmış avtomobil körpüsünün yerində yenisi inşa edilir. Artıq körpünün kənar dayaqlarının, orta dayaq bünövrəsinin və sütünlarının inşası yekunlaşıb. Hazırda orta dayağın rigelinin karkasının və qəlibinin hazırlanması, çay məcrasında mühafizə bəndinin inşası üçün baraj svaylarının betonlanması işləri aparılır. İki aşırımlı yeni körpünün uzunluğu 66, eni isə 15,5 metr olacaq. Körpüdə piyadalar üçün 2 hərəkət zolağı da nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti