Sabah yaz havası olacaq

Cəmiyyət Materials 28 Oktyabr 2023 12:43 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Bakıda 25, rayonlarda 30 dərəcə isti olacaq.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18°, gündüz 21-25° olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 25-30°, dağlarda gecə 5-10°, gündüz 14-19° olacaq.

Xəbər lenti

Xəbər lenti