...

Bağçalara tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

Cəmiyyət Materials 31 Oktyabr 2023 10:10 (UTC +04:00)
Bağçalara tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 4-də məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlayacaq.

İnsan Resursları Mərkəzindən Trend -ə verilən məlumata görə, ümumilikdə ölkə üzrə 17 imtahan mərkəzində təşkil olunacaq test imtahanlarına 5 038 nəfər namizəd dəvət edilib.

Namizəd şəxsi səhifəsində qeyd olunan tarix və məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmayacaq.

Qeyd edək ki, test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilir. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılır. Bu mərhələdə məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid test tapşırıqlarının hər biri 1 bal olaraq hesablanacaq.

Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qaydalara əsasən məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid hər səhv cavablandırılmış test tapşırığı -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti