...

Bir sıra hüquqşünaslarımız aqronomlardan aşağı əməkhaqqı alır - Nazir

Cəmiyyət Materials 1 Noyabr 2023 12:44 (UTC +04:00)
Bir sıra hüquqşünaslarımız aqronomlardan aşağı əməkhaqqı alır - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün bir çox universitetlərin öndə gedən tələbələrini məmnuniyyətlə işə götürürük. Çünki hamı mütəxəssis axtarır.

Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Təhsilin İnkişafı Forumunda "İnnovasiya ekosisteminin yaradılması" panelində deyib.

Nazir bildirib ki, özəl sektor da həmin şəxslərə ehtiyac duyur.

S.Babayev vurğulayıb ki, bu gün ölkədə ali təhsil müəssisələri ehtiyacdan çox sayda hüquqşünas yetişdirir.

“Amma ehtiyac duyulan aqronom yetişdirilmir. Misal olaraq, bu gün bir sıra hüquqşünaslarımız aqronomlardan aşağı əməkhaqqı alır. Yaxud da bu gün 25 manatdan aşağı iş görən ağac budayan birini tapmaq olmur. Bu da o deməkdir ki, həmin şəxs 6 günlük iş həftəsi üzrə ay sonu təxminən 700-800 manat gəlir əldə edir. Bir çox ali təhsilli şəxs isə həmin əməkhaqqını ala bilmir. Tələblərin hamısını işəgötürənlərdən istəyirik. Bu gün işlə təminat məsələsindəki əhatə dairəsi heç də arzuedilən kimi əmək bazarına girən 100 faiz vətəndaşı əhatə etmir. Qarşımızda duran ən böyük çağırış da budur. Əhatə dairəmizi artırmağı qarşımıza hədəf qoymuşuq", - deyə nazir bildirib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilir. "İnnovasiya ekosisteminin yaradılması", "Universitet – sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edirlər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti