...

Azərbaycanda 5 günlük bayram tətili başlayıb

Cəmiyyət Materials 8 Noyabr 2023 00:55 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda 5 günlük bayram tətili başlayıb.

Trend xəbər verir ki, Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib.

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr (cümə) iş günü ilə 4 noyabr (şənbə) istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, ölkədə ardıcıl 5 gün - 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti