...

Ağır şəraitdə çıxdığım Laçına sevinə-sevinə qayıdıram – Laçın sakini

Cəmiyyət Materials 14 Noyabr 2023 08:27 (UTC +04:00)
Ağır şəraitdə çıxdığım Laçına sevinə-sevinə qayıdıram – Laçın sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ağır şəraitdə çıxdığım Laçına indi sevinə-sevinə, gülərüz qayıdıram.

Bunu Trend-ə açıqlamasında Laçın sakini Rüstəm Rüstəmov deyib.

Onun sözlərinə görə, Laçını 46 yaşında tərk edib. Laçını ağır şəraitdə, sözlə təsəvvür olunmayacaq şəkildə tərk edib.

“İndi Laçına xoş təəssüratla geri qayıdıram. Ali Baş Komandanımıza minnətdaram. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can-sağlığı versin, ordumuzu var eləsin. Qarabağ Azərbaycandır, biz də oranın sakiniyik. Mənim Laçında çox yaxşı bağım var idi, erməni vandalları onu məhv ediblər. Qayıdandan sonra o bağı yenidən bərpa etmək istəyirəm”, - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün də daxil olmaqla Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti