...

Məktəblərdə payız tətili yekunlaşır

Cəmiyyət Materials 20 Noyabr 2023 07:30 (UTC +04:00)

Bakı. Trend:

Noyabrın 20-si ümumi təhsil müəssisələrində beşgünlük payız tətilinin son günüdür.

Elm və Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Xatırladaq ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti