...

Ən çox pensiyaçılar bu yaşdadır

Cəmiyyət Materials 27 Noyabr 2023 17:01 (UTC +04:00)
Ən çox pensiyaçılar bu yaşdadır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün pensiyaçılarımızın 64%-i yaşa görə, 24%-i əlilliyə görə, 12%-i isə ailə başçısını itirməyə görə pensiya alır.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Nazir qeyd edib ki, bu bölgü hələlik bizi qane etmir.

“Çünki ölkədə ümumi əlilliyi olanların sayı əhalinin cəmi 5%-dirsə, əvvəlki dövrlərdə 6% idi. Pensiyaçılar içərisində əlilliyi olanların sayı 37-38% təşkil edir. Bu elə saxtakarlıq idi. Ona görə də bu istiqamətdə aparılan böyük masştablı təmizlik işləri nəticəsində bu rəqəm 38%-dən 24%-ə düşüb.

Digər ölkələrin təcrübəsinə baxdıqda, əlilliyə görə pensiya normativi 18-20%-in ətrafındadır. Düşünürəm ki, növbəti dövrlərdə lazım olan normativə çatacağıq. Yaşa görə pensiyaya gəldikdə, əksər ölkələrdə beynəlxalq normativ 65-70% arasındadır. Bu istiqamətdə də irəliləyiş əldə edib 64%-ə yaxınlaşmışıq”.

Yaş strukturuna gəlincə, nazir qeyd edib ki, ölkədə bu gün 0-18 yaş arası 18 500, 19-40 yaş arası 28 953, 41-50 yaş arası 48 379, 51-55 yaş arası 46 156, 56-60 yaş arası 71 000, 61-65 yaş arası 151 000, 66-73 yaş arası 324 000, 77 yaşdan yuxarı isə 148 000 pensiyaçı var.

Xəbər lenti

Xəbər lenti