...

Qızılcadan qorunmanın ən effektiv yolu peyvənd olunmaqdır - TƏBİB

Cəmiyyət Materials 30 Noyabr 2023 15:48 (UTC +04:00)
Qızılcadan qorunmanın ən effektiv yolu peyvənd olunmaqdır - TƏBİB
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Milli peyvənd təqviminə əsasən, qızılcaya qarşı immunizasiya 1 və 6 yaşlarında olmaqla 2 doza şəklində kombinə olunan QPM (qızılca, parotit, məxmərək) peyvəndi ilə aparılır. Qızılca yüksək kontagiozluğa malik kəskin xəstəlikdir, yaxın təmasda olan əhalinin 90%-ni yoluxdura bilər. İnsanların təxminən 93%-i bir dozadan sonra, 97%-i isə ikinci dozadan sonra immun hesab olunur.

Trend xəbər verir ki, bu barədə TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.

O bildirib ki, peyvənd qızılca ilə əlaqəli ağırlaşmaların və ölümün qarşısını alır.

“Peyvəndlənməmiş şəxslərdə qızılca xəstəliyi ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola bilər. Peyvəndlər təhlükəsizdir və bir çox effektiv müalicəsi olmayan xəstəliklərin profilaktikası peyvəndlərlə mümkündür”.

Şöbə müdiri qeyd edib ki, əgər qızılca peyvəndi olmayan hamilə qadınlar xəstəliyə yoluxarsa, bu, vaxtından əvvəl doğuşa və ya az çəkili körpənin doğulmasına səbəb ola bilər:

“Qızılcadan qorunmanın ən effektiv və yeganə yolu peyvənd olunmaqdır. Qızılca sadəcə səpkidən ibarət bəsit infeksion xəstəlik deyil. Qızılca xəstəliyi olan uşaq və böyüklər üçün antibiotiklərin profilaktik istifadəsi tövsiyə edilmir. Qızılca xəstələrində empirik antibiotik müalicəsi yalnız ağırlaşmış xəstələrdə ikincili bakterial infeksiya şübhəsi olduqda təyin olunmalıdır.

Epidemioloji alovlanma dövründə xəstəxanaya müraciət edən bütün uşaqların immunizasiya statusu və vitamin A təyinatı dəyərləndirilməli, qızılca əleyhinə peyvənddən geri qalan bütün uşaqlar peyvəndləməyə cəlb olunmalı, müvafiq vitamin A təyinatı verilməlidir”.

Xəbər lenti

Xəbər lenti